beynəlxalq ödəniş kartı

Beynəlxalq kart təşkilatlarının (Visa, Master Card və s.) üzvü olan Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və yaxud xarici banklar tərəfindən emissiya edilmiş, beynəlxalq kart təşkilatlarının loqotipini daşıyan, ölkə daxilində və ölkədən kənar əməliyyatların aparılması üçün istifadə olunan kart

beynəlxalq (xarici) müşahidəçi
beynəlxalq poçt göndərişləri
OBASTAN VİKİ
Nağd ödəniş
Ödəniş tapşırığı
Ödəniş tapşırığı - Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsi ilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır. Ödəniş tapşırıqlarının mahiyyəti, onun yerinə yetirilməsi şərtləri və digər məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 973 – 976 – cı maddələrində əks olunmuşdur. Onun icra mexanizmi isə Azərbaycan Respublikasının Milli Bankı İdarə Heyətinin 19 sentyabr 2002 – ci il tarixli qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat ”ı ilə müəyyən edilmişdir. Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir. Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər: Ödəyicinin adı və digər rekvizitləri; Vəsait alanın adı və digər rekvizitləri; Emitent bankın adı və digər rekvizitləri ( “V” formatlı ödəniş tapşırığı istisna olmaqla ) ; Benefisiar bankın adı və digər rekvizitləri; Vəsaitin məbləği və valyuta növü; Ödənişin təyinatı. == “ A ” formatlı ödəniş tapşırıqları ilə hesablaşmalar == Ödəniş tapşırıqları ilə hesablaşmalar “A” və “B” formatlı olur. “ A ” formatlı ödəniş tapşırığının “A1” hissəsində emitent (ödəyən) bankın adı, kodu, VÖEN – i, müxbir hesabı, SWIFT BIK kodu, “A2” hissəsində ödəyicinin adı, hesab nömrəsi və VÖEN – i, “B1” hissəsində benefisiar (alan) bankın adı, kodu, VÖEN – i, müxbir hesabın nömrəsi, SWIFT BIK kodu, vasitəçi bankın adı, “B2” hissəsində vəsait alanın adı, hesab nömrəsi, VÖEN – i, “C1” hissəsində ödəniş aparılan valyutanın növü, “C2” hissəsində ödəniş həyata keçirələn məbləğ rəqəmlə və yazı ilə əks etdirilir.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. onun istifadəçilərinin 60–70% -i debit kartlarının istifadəçiləridir.
Kredit kartı
Kredit kartları (ingiliscə: Credit Cards) - hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Çeklərə nəzərən kredit kartlarıyla ödəniş daha da qarantlıdır. Çeklərin qarşılıqsız çıxması və ya ödəmələrin gecikməsi və satışı həyata keçirən yerlərin öz kredit satışları nəticəsində bəzi alacaqlarını ala bilməməsi və ya gecikmələrlə alması nəzərə alındıqda kredit kartları satıcılar üçün daha avantajlı sayılır. Banklar kart sahiplərinə ayda bir dəfə cəmi aldıqlarının 25%-nin ödənməsini tələb etməklə, geri qalmış vəsaitin isə kredit olarak ödəmə imkanı təmin edirlər. Kredit kartı üzrə ödəmələr həm hesabda olan vəsait qalığı çərçivəsində həm də icazəli overdraft çərçivəsində heyata keçirilir. Kredit kartların digər növü revolver kredit kartlarıdır və bu kartla ödəmələr icazə verilmiş kredit limiti çərçivəsində, yəni kredit borcun maksimal həddi dərəcəsində həyata keçirilir.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Podorojnik (nəqliyyat kartı)
Podorojnik (rus. Подорожник) — Sankt-Peterburqda ictimai nəqliyyatda ödəniş etmək üçün istifadə edilən təkrar doldurulan nəqliyyat kartı. 1 yanvar 2011-ci ildə təqdim edilib. Sistemi Hollandiyanın “Mifare” texnologiyasına əsaslanan London “Oyster kart”ın analoqudur. Sistem həmçinin 2013-cü ilin aprelində "Troyka"nın tətbiq olunduğu Moskva Nəqliyyat Departamentindən götürülmüşdür. İstənilən etibarlı, güzəştsiz uzunmüddətli səyahət bileti “Podorojnik” kartına verilə və ya kartdan “elektron pul kisəsi” kimi istifadə oluna bilər.
SVGA ekran kartı
Troyka (nəqliyyat kartı)
Şəbəkə interfeys kartı
Şəbəkə interfeys kartı (network interface card) – lokal şəbəkədə iş zamanı verilənləri qəbul etmək və ötürmək üçün nəzərdə tutulmuş xüsusi genişləndirmə lövhəsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq Münasibətlər
Beynəlxalq münasibətlər — siyasi elmin bir qolu olub, beynəlxalq sistemdə dövlətlərin bir-biri ilə, eləcə də beynəlxalq hökumətlərarası təşkilatlar (BHT), transmilli korporasiyalar (TMK) və digər qeyri-dövlət aktorları ilə münasibətlərini öyrənir. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. 1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi.
Beynəlxalq hesablaşmalar
Valyutada pul tələbləri və öhdəlikləri dövlətlər, müxtəlif ölkələrin ərazisində yerləşən fiziki və hüquqi şəxslər arasında iqtisadi, siyasi, mədəni münasibətlərin əsasında yaranır. Beynəlxalq hesablaşmalar yuxarıda göstərilən pul tələbləri və öhdəlikləri üzrə ödəmələrin təşkili və tənzimlənməsini əks etdirir. Beynəlxaql hesablaşmalar bankların gündəlik fəaliyyətidir. Onlar dünya ictimaiyyəti tərəfindən işlənmiş və əksər ölkələr tərəfindən qəbul edilmiş şərt, norma və qaydalar əsasında beynəlxalq hesablaşmaları həyata keçirir, xaricə ödəmələr edirlər. Beynəlxalq hesablaşmalar sferasında bankların fəaliyyəti dövlətlər və beynəlxalq iqtisadi təşkilatlar tərəfindən tənzimlənir. Beynəlxalq hesablaşmalar əsasən nağdsız qaydada və banklar vasitəsilə həyata keçirilir. Bu zaman müxtəlif ölkələrin kredit təşkilatları, bankları arasında müxbir münasibətləri qurulur. Bu məqsədlə banklar hesabların (nostro – bankın digər banklarda hesabları, loro – digər bankların bankda hesabları) açılması barədə qarşılıqlı müxbir sazişləri imzalayırlar. Bu sazişlərdə hesablaşma qaydaları, komission mükafatlandırmanın həcmləri, həmçinin vəsaitlər xərcləndikcə müxbir hesabların yenidən vəsaitlə təmin edilməsi metodları öz əksini tapır. Banklar beynəlxalq hesablaşmaları özlərinin xarici filialları və bölmələri vasitəsilə də həyata keçirə bilərlər.
Beynəlxalq hüquq
Beynəlxalq hüquq — hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. == Müasir Beynəlxalq hüquq == Müasir Beynəlxalq hüququn 400 il əvvəl yarandığını, formalaşmağa başladığını desək də beynəlxalq sistemin fundamental konsepsiyalarının yaranmasını min illər əvvəl dövlətlərarası siyasi münasibətlərdə görə bilərik. Təxminən e.ə 2100-cü ildə Laqaş və Umma hakimlərinin bağladıqları müqaviləni buna misal göstərmək olar. Bu müqavilə dövlətlərarasındakı sərhədləri müəyyənləşdirirdi. Başqa bir nümunə II Ramzes və Hetlər arasında bağlanmış əbədi sülh və qardaşlıq müqaviləsini göstərə bilərik. Hansı ki e.ə 1286-cı ildə bağlanmışdı. Bu müqavilə Şam şəhərinin şimalında (Kadeş şəhərində) bağlanıb və müharibənin bitməsini, ərazi bütövlüyünü və nəhayət müdafiə alyansının yaradılmasını da nəzərdə tuturdu. Beynəlxalq hüququn əsas on prinsipi mövcuddur: ərazi bütövlüyü prinsipi, xalqların öz müqəddaratını təyin etmə prinsipi və s.
Beynəlxalq idman
Beynəlxalq idman — İdmanda ın azı iki ölkənin təmsil olunduğu arenadır . Ən məşhur beynəlxalq idman nümunəsi Olimpiya Oyunlarıdır. Digər nümunələrə FIFA Dünya Kuboku və Paralimpiya Oyunları daxildir. ABŞ və Kanada arasında keçirilən kriket matçı hər hansı bir idman növündə oynanan ilk beynəlxalq matçdır. Müasir beynəlxalq idman tədbirləri böyük bir biznesdir . Çünki burdakı dünya ölkələri bir–birinə siyasi , iqtisadi , mədəni və digər aspektlərdən təsir göstə bilir . == Tarix == Əvvəlcə Olimpiya Oyunlarinın tarixinə nəzər salaq . Qədim Olimpiya Oyunları Qədim Yunanıstandan olan bir neçə şəhər-dövlət və krallıq nümayəndələri arasında keçirilən və əsasən atletika, həm də döyüş və maşın yarışlarını əhatə edən bir sıra yarışlar idi. Olimpiya oyunları zamanı iştirakçı şəhər dövlətləri arasında bütün mübarizələr oyunlar başa çatana qədər təxirə salındı. Olimpiadanın mənşəyi sirr və əfsanə ilə örtülmüşdür.
Beynəlxalq iqtisadiyyat
Beynəlxaq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir. Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır: Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir; Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar; Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir.BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardan, beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir. == Beynəlxalq iqtisadiyyatın məqsədi == Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır. Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudur. Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur. == Beynəlxalq iqtisadiyyat kursu quruluşu == Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir: Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənir. Beynəlxalq makroiqtisadiyyat daxili tarazlığın tədiyə balansının vəziyyəti ilə əlaqələndirilməsi proseslərinin öyrənilməsinə həsr edilmişdir: Ödəniş balansının maliyyə və pul siyasəti ilə əlaqəsi; Hökumət və mərkəzi bankın daxili bazarı tənzimləmək üçün etdiyi hərəkətlər xarici aləmdəki mövqeyini necə dəyişdirə bilər.
Beynəlxalq konfranslar
== B ==
Beynəlxalq konvensiyalar
Ətraf mühit sahəsində qəbul edilmiş beynəlxalq konvensiyalar — Ətraf mühitin mühafizəsi sahəsində dövlətlər arasında bağlanan müqavilə, saziş. Beynəlxalq hüquqi sənəddir. == Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyalar == “Davamlı Üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyası Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyası İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının Kyoto protokolu “Səhralaşmaya qarşı mübarizə üzrə” Paris Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyası “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Helsinki Konvensiyasının Su və Sağlamlıq haqqında protokolu “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiya (Helsinki) “İqlim dəyişmələri üzrə” Çərçivə Konvensiyası “Bioloji müxtəliflik haqqında” Rio-de-Jeneyro Konvensiyası “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyası “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası “Ozon qatını dağıdan maddələr üzrə” Monreal protokolu “Ozon qatının mühafizəsi haqqında” Vyana Konvensiyası “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyası (Bern Konvensiyası) “Köçəri vəhşi heyvan növlərinin qorunması üzrə” Bonn Konvensiyası “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Cenevrə Konvensiyası “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES) «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya “Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında” Paris Konvensiyası.
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə (beynəlxalq monetar iqtisadiyyat və ya beynəlxalq makroiqtisadiyyat da adlanır) — iki və ya daha çox ölkə arasında pul və makroiqtisadi münasibətlərlə geniş şəkildə məşğul olan maliyyə iqtisadiyyatının bir sahəsidir. Beynəlxalq maliyyə qlobal maliyyə sisteminin dinamikasını, beynəlxalq pul sistemlərini, tədiyyə balansını, valyuta məzənnələrini, birbaşa xarici investisiyaları və bu mövzuların beynəlxalq ticarətlə necə əlaqəli olduğunu araşdırır.Beynəlxalq maliyyə, bəzən çoxmillətli maliyyə kimi də adlandırılır, əlavə olaraq beynəlxalq maliyyə idarəetməsi məsələləri ilə bağlıdır. İnvestorlar və transmilli korporasiyalar siyasi risk və valyuta riski, o cümlədən əməliyyat riski, iqtisadi risk və transfer riski kimi beynəlxalq riskləri qiymətləndirməli və idarə etməlidirlər.Beynəlxalq maliyyədə əsas anlayışların bəzi nümunələri Mandell-Fleminq modeli, optimal valyuta sahəsi nəzəriyyəsi, alıcılıq qabiliyyəti pariteti, faiz dərəcəsi pariteti və beynəlxalq Fişer effektidir. Beynəlxalq ticarətin tədqiqi əsasən mikroiqtisadi anlayışlardan istifadə etdiyi halda, beynəlxalq maliyyə sahəsində tədqiqatlar ilk növbədə makroiqtisadi konsepsiyaları araşdırır. Beynəlxalq maliyyənin monetar və siyasi riskləri daha çox onunla əlaqədardır ki, suveren dövlətlər valyuta buraxmaq, öz iqtisadi siyasətlərini formalaşdırmaq, vergilər yığmaq, insanların, malların və kapitalın öz sərhədləri boyunca hərəkətini tənzimləmək hüququna və səlahiyyətinə malikdirlər. == Tarixi == === Çin və fiat valyutası === Kağız pul ideyası min ildən çox əvvəl Çində Yuan, Tan, Sonq və Ming sülalələri dövründə yaranmışdır. Tan sülaləsi dövründə (618-907) metal pul vahidinə tələb yüksək idi ki, bu da qiymətli metalların təklifini üstələyirdi. İnsanlar artıq kredit notlarının istifadəsi ilə tanış idilər və tez bir zamanda kağız vərəqlərini və ya kağız qaralamaları qəbul etməyə başladılar.Sikkə qıtlığı bu insanları sikkələrdən əskinasa keçməyə məcbur etdi. Sonq sülaləsi dövründə (960-1276) Sıçuan bölgəsində biznes çiçəkləndi və bu, mis pul qıtlığına səbəb oldu. Bu, treyderlərin pul ehtiyatı ilə dəstəklənən şəxsi əskinaslar buraxmasına səbəb oldu.
Beynəlxalq miqrasiya
Beynəlxalq miqrasiya — insanlar dövlət sərhədlərindən keçərək və qonaq ölkədə qısa müddət ərzində ev sahibi kimi qaldığı təqdirdə baş verir. Miqrasiya bir çox səbəb üzündən baş verir. Bir çox insanlar öz ölkələrini bir digər ölkədə daha geniş iqtisadi imkanlar axtarmaq məqsədilə tərk edirlər. Digərləri ailə üzvləri ilə birgə öz ölkələrindəki siyasi duruma və ya bir başqa səbəbdən miqrasiya edirlər. Təhsil beynəlxalq miqrasiyada bir ayrı səbəblərdən biridir ki, bu halda tələbə xaricdə təhsilini davam etdirir. Beynəlxalq miqrasiyanı bir neçə müxtəlif potensial sistemlər üzrə kateqoriyalaşdırmaq mümkündür ki, bu sistemlərdən biri onları 9 fərqli qruplara bölür; müvəqqəti əmək miqrantları, qeyri-qanuni, qanuni və ya sənədləşdirilməmiş miqrantlar, yüksək ixtisaslı və biznes mühacirləri, qaçqınlar, sığınacaq axtaranlar, məcburi köç, ailə üzvləri, geri qayıdan mühacirlər və uzun müddətli aşağı ixtisaslı miqrantlar. Bu miqrantlarda həmçinin iki böyük qrupa bölünmüş, daimi və müəqqəti. Daimi miqrantlar yeni köç etdikləri ölkədə daimi yaşayış hüququ qazanmaq istəyir və mümkün olduğu təqdirdə ölkənin vətəndaşlığını qazanmaq niyyətində olurlar. Müvəqqəti miqrantlar isə yalnız müvəqqəti müddətdə qalmaq niyyətindədirlər ki, bu böyük ehtimal müqavilə bağladıqları işin, xüsusi təhsil proqramının və ya müəyyən bir iş mövsümünün sonuna qədər davam edə bilər. Hər iki növ miqrantların, olduqları ölkə və aid olduqları ölkə toplumlarının iqtisadiyyatına xüsusi təsirləri mövcuddur.Bənzər bir şəkildə, bu miqrantları ölkəsinə qəbul edən ölkələr çox vaxt bu miqrantları dörd fərqli qrupa bölürlər: ənənəvi qəsəbə ölkələri, İkinci dünya müharibəsindən sonra əmək miqrasiyasına həvəsli olan bəzi Avropa ölkələri, miqrant nüfuzunun önəmli bir hissəsini keçmiş koloniyalardan əldə edən Avropa ölkələri və keçmişdə miqrant nöqtələri olan lakin son zamanlarda immiqrant yerləri olaraq ortaya çıxan ölkələr.
Beynəlxalq müqavilə
== Beynəlxalq müqavilə hüququ == Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. == Beynəlxalq müqavilə anlayışı == Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Beynəlxalq müqavilələr
== Beynəlxalq müqavilə hüququ == Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası. == Beynəlxalq müqavilə anlayışı == Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: Beynəlxalq müqavilə- dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yazılı formada bağlanılan və beynəlxalq hüquqla nizama salınan beynəlxalq razılaşmadır; bu razılaşmanın bir və ya iki yaxud daha çox bir-biri ilə bağlı aktlarda ehtiva olunması və nə cür adlandırılması əhəmiyyət kəsb etmir. == Beynəlxalq müqavilədə tərəflər == 1969-cu il və 1986-cı il Konvensiyalarına görə, müvafiq olaraq dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 1969-cu il Konvensiyasına görə, " hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə malikdir" (6-cı maddə). Dövlətlərin hüquq qabiliyyəti, artıq qeyd edildiyi kimi, universal xarakter daşıyır.
Beynəlxalq qotika
Beynəlxalq Qotika — 14-cü əsrin sonlarında və 15-cü əsrin əvvəllərində Burqundiya, Fransa və İtaliyanın şimalında başlayan Qotik incəsənət dövrüdür. Daha sonra Qərbi Avropa boyunca geniş yayılmışdır və dolayısı ilə 19-cu əsrin sonunda Fransız sənətşünası Louis Courajod tərəfindən təqdim edilən dövrün adıdırRəssamlar və onların əlyazmaları, portativ işləri qitənin ətrafında geniş yayılmışdı. Saray adamları və ali zadəganlar arasında ortaq yaranmış və elita üçün hazırlanmış əsərlər, arasında milli üslubda dəyişiklikləri əhəmiyyətli dərəcədə azaldırdı.Əsas təsirlər Şimali Fransa, Niderland, Burqundiya Hersoqluğu, Praqa İmperiya məhkəməsi və İtaliya idi.Bohemiya kraliçası Anne və İngiltərə kralı II Riçard arasında evlilik nikahları üslubun yayılmasına kömək etdi.Bu başlanğıcda məhkəmə qabiliyyətinin bir üslubudur və kiçik zadəganların sifarişi ilə sənətə yayılmışdır. Şimali Avropada "Late Gothic" üslubunun davamlılığı, xüsusən dekorativ elementləri hələ 16-cı əsrin əvvəlinə qədər gedə bilərdi, çünki klassikizmin bərpası əvvəl Rönesansın bərpası idi. Müasir dövrlərdə sənət tarixçiləri tərəfindən şərtlərin istifadəsi bir qədər dəyişir, bəziləri termini digərlərindən daha məhdud şəkildə istifadə edir .Bəzi sənətşünaslar hiss terminini məhz "bir çox istiqamətlərdə araşdırdılar. == İnkişafı == Üslubun mühüm Çex versiyası IV Karl, qısa müddət ərzində Praqada Müqəddəs Roma İmperatoru, məhkəməsində Avropa sənətinin inkişafında qabaqcıl qüvvə oldu.
Beynəlxalq ticarət
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir. FOB və CIF “İnkoterms 2000” adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. “İnkoterms 2000” haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir. Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir.
Beynəlxalq turizm
Beynəlxalq turizm — xidmətlərin beynəlxalq ticarətinin əsas və vacib sahələrindən biri. Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir. Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır. Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü – təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır.
-ш-(а) автопробе́г вышестоя́щий коносаме́нт кро́мочный малоле́тка нагромождённость препари́роваться прое́зживать пунсо́н сце́живаться дублика́тный испо́днее карте́льный coarse fishing enamel-painting exegeses invite lustrum nail-bone recommittal Record Office unguerdoned zoolatrous самозабвенный